Heydər Əliyev - Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır.O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır. O, nəinki ölkədə stabilliyi bərqərar etdi, həmçinin Azərbaycanı dünya arenasında sayılıb- seçilən ölkələr içərisinə çıxardı. Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdur.Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.Müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il Azərbaycanda rəhbərlik etmişdir. Heydər Əliyev böyük zəhmətkeşliyə malik bir şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi. O, gözəl natiq idi və heç bir çətinlik çəkmədən, qabaqcadan hazırlaşmadan hər hansı mövzu barəsində saatlarla danışa bilirdi. Heydər Əliyev xaruqaladə dözümlülüyə və polad əsəblərə malik idi. 1993-cü il 15 iyunda Azərbaycan üçün son dərəcə təhlükəli və çıxılmaz vəziyyətdə zəmanəmizin ən güclü siyasətçisi-Heydər Əliyevin xalqın tələbi ilə yenidən böyük siyasətə qayıtması müasir silahlara, müxtəlif tarixi dövrlərdə bizim varlığımızı təhdid edən, müstəqilliyimizə son qoymaq istəyən düsmənlərin hiylələri və məkrli oyunlarını puç etməyə, Azərbaycanın tarixi düşmənlərimizin sonsuz hiylə və hiylələrinin qarşısının alınmasına kömək etdi. Azərbaycan xalqının böyük oğlu , dünya miqyaslı siyasətçi Heydər Əliyev hələ siyasi rəhbərliyinin ilk dövründə doğma xalqının problemlərini dərindən bilən, gəncliyində belə məkrli qonşuların minlərlə hiyləsini öz gözləri ilə müşahidə edən nadir şəxsiyyət kimi tanınmışdı.O, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən bələd olaraq , hərtərəfli biliklərə malik olaraq, geniş dünyagörü ilə , doğma xalqını və Vətənini hədsiz dərəcədə sevmişdir. O, dövlət idarəçiliyində yarım əsrlik zəngin təcrübəyə malik , müxtəlif xarakterli və səviyyəli hakimiyyət sistemlərinin bütün incəliklərini mükəmməl bilən , SSRİ kimi nəhəng dövlətin ali rəhbərlərindən biri səviyyəsinə yüksəlmiş nadir şəxsiyyət idi.Polad iradəli , fitri istedad sahibi Heydər Əliyev hamı tərəfindən qəbul edilən , planetimizin müasir siyasətini müəyyən edən dünya liderləri sırasında aydın şəkildə seçilən əzəmətli şəxsiyyət idi.O , Vətəni keçid dövrünün ən çətin və qanlı burulğanından xilas etmək üçün Uca Yaradan tərəfindən Azərbaycan xalqına bəxş edilmiş Ümummilli lider idi! Heydər Əliyev hakimiyyyətə qayıtdıqdan sonra ən qısa müddətdə xalqı , Vətəni üçün həyata keçirilməsi qeyri-mümkün sayılan tədbirləri reallaşdırdı.Məhz 1993-cü il iyunun 15-i bu səbəblərdən qədirbilən xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırıldı. Heydər Əliyevin Azərbaycan xalqı və tariximiz qarşısında ən böyük xidməti , ilk növbədə , bu böyük dahi şəxsiyyətin torpaqlarımıza sahib çıxmaq üçün ən kəskin geosiyasi ziddiyətlər şəraitində Azərbaycan dövlətçiliyini xilas etməsidir.Azərbaycanın parçalanmaq və məhv olmaq təhlükəsi şəraitində varlığının qorunması və dövlətçiliyinin saxlanması həm də Azərbaycan xalqının azadlığının , müstəqilliyinin qorunub saxlanılması deməkdir.Ona görə də böyük qürur hissi ilə deyirik ki , Heydər Əliyev öz xalqının , Vətəninin xilaskarıdır. Heydər Əliyev Qarabağ müharibəsi məsələsində düzgün mövqe tutdu.O, müdrik strateq kimi həmin dövrün real vəziyyətini nəzərə aldı.Azərbaycan Prezidenti məkrli düşmənlərin və onların beynəlxalq havadarlarının qüvvələrini və planlarını , Azərbaycanın düşdüyü ağır təhlükə dərəcəsini nəzərə aldı , vəziyyəti düzgün qiymətləndirdi.Dövlət başçısı real vəziyyətdən çıxış edərək atəşkəsə nail oldu.Bununla da o , Azərbaycanın gənc , sağlam qüvvələrinin mənasız ölümünün qarşısın aldı və bununla da xalqın genefondunu xalas etdi. 1991-ci ilin 16 dekabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi.Bundan cəmi 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi.Bu tarix dünya azərbaycanlılarının hər il yüksək sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev böyük müdrikliyi , incə və çevik siyasətinin nəticəsi olaraq bu gün bölgədə təkcə Azərbaycanda xarici dövlətlərin hərbi bazası yoxdur.Azərbaycan bütün Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın təmin edilməsində mühüm rol oynayır.Azərbaycan beynəlxalq antiterror mübarizəsində fəal və ardıcıl iştirak edir. Bu gün , XXI əsrin əvvəllərində müasir Azərbaycan demokratik , hüquqi , dünyəvi dövlət quruculuğu yolunda uğurla addımlayır.Ən qanlı günlər geridə qalmış , tarixə keçmişdir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər ordumuz 2020-ci ildə 44 günlük Zəfər müharibəsində torpaqlarımızı 30 illik erməni işğalından azad edərək ərazi bütövlüyümüzü bərpa etmişdir.Xalqımız inamla parlaq gələcəyə doğru addımlayır.Azərbaycan dövləti Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.Bütün bunlar hər bir Vətən övladı və bütövlükdə , xalqımız Vətənimizin parlaq xilaskarına - Heydər Əliyevə borcludur. Dünya tarixinin dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti , eləcə də dünyadakı 50 milyon azərbaycanlı bu gün dirçəliş yolundadır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət , Ulu öndərin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə , möhtəşəm uğurlara , qələbələrə aparacaq. Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin.Nazim Qədirov,Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbinin müəllimi